Bu il Ceyhan terminalından yola salınan AÇG neftinin həcmi 80 milyon bareli ötüb

Xəbər - Ləman Zeynalova – Trend:

Türkiyənin “BOTAŞ International Limited” (BIL) şirkəti bugünədək Ceyhan neft terminalından 3,651 milyard barel neft nəql edib.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Bugünədək terminaldan “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından neft daşıyan 4 770 tanker yola salınıb.

2021-ci ilin əvvəlindən Ceyhan neft terminalından 111 AÇG nefti daşıyan tanker və ya 80,4 milyon barel neft yola salınıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: