Xəbər - Ləman Zeynalova – Trend:
Türkiyənin “BOTAŞ International Limited” (BIL) şirkəti 2021-ci ilin əvvəlindən Ceyhan neft terminalından “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti daşıyan 190 tanker və ya 138,2 milyon barel neft yola salıb.
Trend bu barədə şirkətə istinadən məlumat verir.
Bugünədək terminaldan “Azəri-Çıraq-Günəşli” (AÇG) 3,709 milyard barel neft nəql edilib.
Ümumilikdə, Ceyhan neft terminalından AÇG yatağından neft daşıyan 4 849 tanker yola salınıb.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)