Bu il cari əməliyyatlar balansı ÜDM-in 10 faizinə çata bilər – Elman Rüstəmov

Xəbər - Sədrəddin Ağcayev – Trend:

2022-ci ildə Azərbaycanın cari əməliyyatlar balansı ümumi daxili məhsulun 10 faizinə çata bilər.

AzerTimes-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, bu, dünya bazarında neftin bir barelinin qiymətinin orta hesabla 70 dollar təşkil edəcəyi halda mümkün olacaq.

“Əgər neft qiymətləri 50 dollar diapazonunda olarsa, o zaman cari əməliyyatlar balansı ÜDM-in dörd faizini təşkil edəcək”, – deyə o bildirib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: