Xəbər - Samir Əli – Trend:
Bu il Bakıda piyadaların vurulması ilə nəticələnən 51 yol nəqliyyat-hadisəsi baş verib.
Bunu AzerTimes-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
O bildirib ki, baş verən yol qəzalarının 17-si ölüm, 34-ü xəsarətlə nəticələnib. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə bu il 32 hadisə azalıb:
“Ötən illə müqayisədə bu il 8 ölüm, 17 xəsarət az olub. Belə ki, ötən ilin müvafiq dövründə piyadaların vurulıması ilə nəticələnən 82 yol qəzası baş verib ki, qəzalar nəticəsində 35 nəfər ölüb, 51 nəfər isə xəsarət alıb”.