2022-ci ilin birinci yarımili ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 8008 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb ki, həmin cinayətlərin 88,9%-nin açılması təmin edilib.
AzerTimes xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2022-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri ərazisində qeydə alınan 27 qəsdən adam öldürmə və 6 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının açılması təmin edilib.