Bu il Bakı və Abşeronda 200 min qaz sayğacı yenilənəcək

Xəbər - Çingiz Səfərli – Trend:

2021-ci il ərzində Bakı şəhəri və Abşeron yarımadasında 200.000 ədəd dövlət yoxlama vaxtı çatmış (istismarda 5 il və ya ondan çox müddətə olan), lakin istifadə olunan qaz sayğaclarının əvəzlənməsi nəzərdə tutulub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, qaz xəttindən açılmış (əvəzlənmiş) sayğaclar yoxlanılması üçün Metrologiya departamentinə yönləndirilir.


İstismara yararlı qaz sayğacları (xəta həddi norma daxilində olan, zədələnməmiş və s.) təkrar istifadə üçün saxlanılır, yararsızlıq rəyi verilmiş sayğaclar isə utilizasiyaya gedir.

Twitter:@cingizsafarli

Teqlər: