Xəbər - Sədrəddin Ağcayev – Trend:
Bu il Azərbaycanın ümumi daxili məhsulunun real artımı 5,1 faiz təşkil edəcək.
Trend-in məlumatına görə, bunu “Azərbaycan Respublikasında milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin 2017-2021-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair mətbuat konfransında çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
“Prezident ilham Əliyevin rəhbərliyi altinda strateji yol xaritələri özünün əsas məqsədlərinə çatıb: Azərbaycan iqtisadiyyatə 2015-2016-ci illərdəki xarici şoklarin mənfi təsirindən çıxaraq qısamüddətli dönəmdə sabitləşdi, ortamüddətli dönəmdə isə inkişaf xətti bərpa edilib. Məhz bunun nəticəsində 2020-ci ildə aşağı neft qiymətləri, quraqlıq, pandemiya və Vətən müharibəsinin təsirlərinə baxmayaraq Azarbaycan iqtisadiyyatmin qazandığı immunitet böhranın təsirlərini minimuma endirməyə imkan verib”, – deyə o bildirib.
V.Qasımlı əlavə edib ki, bu il qeyri-neft ÜDM-in artımı 6 faiz, 2022-ci ildə isə iqtisadi artım 3,9 faiz səviyyəsində proqnozlaşdırılır.
“Həmçinin, qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 dollardan bu il 260 dollaraa çatması deməyə əsas verir ki, 2025-ci ildə 450 dolları hədəfinə nail olunması mümkündür. Hal-hazırda 2022-2026-ci illər üzrə ölkənin sosial-iqtisadi inkişaf strategiyasi və tədbirlər planı hökumət tərəfindən hazırlanaraq aidiyyati üzrə təqdim edilib. Yeni strateji sənədin və tədbirlər planının təsdiqi ilə Milli iqtisadiyyat va iqtisadiyyatm əsas sektorları üzrə Strateji Yol Xəritələrinin icra müddəti 2022-ci il 1 yanvar tarixindan bitmiş hesab olunur. Qeyd edək ki, MMilli iqtisadiyyat va iqtisadiyyatm əsas sektorları üzrə Strateji Yol Xəritələrinin hazırlanmasına, icrasına, monitorinq va qiymətləndirməsinin aparılmasına dövlət büdcəsindən heç bir əlavə maliyyə vəsaiti ayrılmayıb və dövlət qurumları bütün tədbirləri onlara ayrılmış büdcə çərçivəsində həyata keçiriblər”, – V.Qasımlı deyib.
(Tərcümə: Orxan Nəbiyev)