Bu il Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq – Moody’s

Xəbər - Zeyni Cəfərov, tərcümə Orxan Nəbiyev – Trend:

2021-ci ildə Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

Qeyd olunur ki, ötən il ölkə iqtisadiyyatında 4 faiz azalma müşahidə olunmuşdu. 2022-ci ildə isə Azərbaycanda ÜDM-in 3 faiz artması proqnozlaşdırılır.


Eyni zamanda “Standard & Poor’s” beynəlxalq reytinq agentliyi 2022-2024-cü illərdə Azərbaycanda ümumi daxili məhsulun ortalama 3,9 faiz artımını proqnozlaşdırıb.

Teqlər: