Xəbər - Zeyni Cəfərov – Trend:
2021-ci ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə 1,54 milyard dollar dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azdır.
AzerTimes-ın məlumatına görə, Türkiyənin bu dövrdə Azərbaycanın ümumi ixracatında payı 13,51 % təşkil edib. 2020-ci ilin yanvar-iyul aylarında isə həmin rəqəm 18,72 % olub.
Azərbaycanın Türkiyədən idxal etdiyi məhsulların dəyəri isə 962,355 milyon dollar təşkil edib və bu ölkənin Azərbaycanın ümumi idxalındakı payı bir il ərzində 0,56 faiz artaraq 15,28 faizə çatıb.
Twitter: @jafarov_zeyni