Builki Həcc ziyarəti ilə bağlı hələki Səudiyyə Ərəbistanından
Azərbaycana rəsmi məktub daxil olmayıb.
Bunu AzerTimes-a
Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri
Vüsal Cahangiri deyib.
O qeyd edib ki, rəsmi məktub olmadığı üçün Azərbaycandan Həcc
ziyarətinin olub-olmayacağı ilə bağlı fikir bildirmək çətindir.
“Rəsmi məktubu gözləyirik. Rəsmi məktub gəldikdən sonra
ictimaiyyətə məlumat veriləcək və Həcc ziyarəti ilə bağlı sənəd
qəbuluna başlanılacaq”, – deyə V.Cahangiri əlavə edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün icazə
verilən illik say limitini krallıq vətəndaşları və əcnəbilər də
daxil olmaqla 1 milyon nəfərə qədər artırıb.
Məlumata əsasən, Məkkəyə həcc və ümrə ziyarətinə yaşı 65-dən az
olan, tam peyvənd olunan şəxslər buraxılacaq. Zəvvarlar
koronavirusla bağlı testin neqativ nəticəsini təqdim etməli
olacaqlar.