Bu il Azərbaycandan Avropaya qaz tədarükü 10 milyard kubmetrə çatacaq – BEA

2022-ci ildə Trans-Adriatik qaz xətti (TAP) ilə Avropaya
Azərbaycan qazının tədarükü 10 milyard kubmetrə çatacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə Beynəlxalq Enerji
Agentliyinin (BEA) hesabatında deyilir.

Agentlik qeyd edir ki, 2021/2022 istilik mövsümündə Azərbaycan
qazının Avropa İttifaqına tədarükü təxminən 4 milyard kubmetr
artıb.

“Oktyabr-fevral aylarında Azərbaycanda təbii qaz hasilatı 28
faiz və 3,4 milyard kubmetr artıb ki, bu Aİ-yə TAP vasitəsilə qaz
tədarükünü 3,35 milyard kubmetr artırmağa imkan verib. 2021-ci ildə
Azərbaycand təbii qaz hasilatı 25 faiz və ya 6,5 milyard kubmetr
artıb”, – hesabatda deyilir.

Həmçinin qeyd olunur ki, Azərbaycandan Avropaya qaz ixracı 40
faiz və ya 4,5 milyard kubmetr artıb. TAP vasitəsilə Aİ-yə 8
milyard kubmetrdən çox qaz ixrac olunub.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: