Xəbər - Elçin Mehdiyev – Trend:
2020-ci ildə Azərbaycanda tikilən körpülərin və tunellərin sayı açıqlanıb.
AzerTimes-ın məlumatına görə, 2020-ci il ərzində bütün maliyyə mənbələri hesabına respublikamızın ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 20 yeni körpü tikilib, 3 körpü təmir edilib, 2 avtomobil tuneli tikilib, bir yeni metal dəmir yolu ötürücüsü və 9 piyada keçidi tikilərək əhalinin istifadəsinə verilib.