Xəbər - Elçin Mehdiyev – Trend:
2021-ci ilin 9 ayı ərzində respublika ərazisində 13231 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2020-ci ilin 9 ayı ilə müqayisədə 398 hadisə və ya 3% çoxdur.
Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 36 nəfər həlak olub, 159 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 36 nəfər xilas edilib, 496 nəfər təxliyə olunub:
“2021-ci ilin 9 ayı ərzində respublika ərazisində 140 təbii mənşəli hadisə qeydə alınıb, nəticədə 2 nəfər həlak olub, 1 nəfər isə xəsarət alıb.
2021-ci ilin 9 ayı ərzində respublika ərazisində 13091 texnogen mənşəli hadisə qeydə alınıb ki, bu da 2020-ci ilin 9 ayı ilə müqayisədə 386 hadisə və ya 3% çoxdur”.