Xəbər - Sədrəddin Ağcayev – Trend:
2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 2 671 min avtomobil satılıb.
Trend-in məlumatına görə, bu barədə “focus2move” konsaltinq agentliyindən bildiriblər.
Qeyd olunub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz, 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə isə 59,5 faiz azalıb.
Bu ilin avqustunda Azərbaycan bazarında 363 avtomobil satılıb ki, bu da 2020-ci ilin avqustu ilə müqayisədə 35 avtomobil və ya 10 faiz azdır.
Agentlikdən bildiriblər ki, ən çox satılan avtomobillər “Lada” markalı olub. Bu müddət ərzində 1 234 “Lada” satılıb ki, bu da ümumi avtomobil bazarının 46,2 faizini təşkil edib.
“Khazar” markalı avtomobillərin satışı 14 faizi, “Nissan” avtomobillərinin satışı isə 58,8 faiz azalıb.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)