Xəbər - Elçin Mehdiyev – Trend:
Bu ilin 7 ayı ərzində Azərbaycanda 42134 ölüm halı qeydə alınıb.
Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,2 təşkil edib.
Qeyd olunan müddət ərzində isə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 64149 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0 təşkil etmişdir. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqları olub.
Ümumilikdə ölkə əhalisinin sayı ilin əvvəlindən 23259 nəfər və ya 0,2 faiz artaraq 2021-ci il avqust ayının 1-i vəziyyətinə 10142392 nəfərə çatıb.
Twitter: @ElchinMehdiyev