Xəbər - Samir Əli – Trend:
Bu il ölkədə narkoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması, narkoloq və tibbi psixoloqların, narkoloji müalicə müəssisələrinin sayının artırılması, reabilitasiya mərkəzlərinin yaradılması nəzərdə tutulub.
AzerTimes-ın məlumatına görə, bu barədə “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci il üçün İş planı”nda qeyd edilib.
İş planında prosesin icrası Səhiyyə Nazirtliyinə tapşırılıb.