Bu il Azərbaycanda əcnəbilər üçün ayrılan iş kvotasının sayı açıqlanıb

Xəbər - Humay Ağacanova – Trend:

2022-ci ildə Azərbaycanda əcnəbilər üçün 8740 iş kvotası nəzərdə tutulub.

AzerTimes-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

O bildirib ki, sahibkarlar qeyd edilən sayda əcnəbi işçi qüvvəsi cəlb edə bilərlər.

Qeyd edək ki, 2021-ci ildə əcnəbilər üçün 6740 iş kvotası müəyyən edilib. Bu kvotanın artırılması ilə bağlı müvafiq komissiyanın iclası keçirilmiş və qərarın qəbul edilməsi üçün Nazirlər Kabinetinə təkliflər verilmişdi.

Teqlər: