Xəbər - Humay Ağacanova – Trend:
2022-ci ildə isə təsdiq olunmuş müqaviləyə əsasən Azərbaycana 3 milyon 280 min doza vaksinlərin gətirilməsi nəzərdə tutulub.
Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, gətirilməsi nəzərdə tutlan vaksinin 3 milyon 200 min dozasını CoronaVac, 80 min dozasını isə Sputnik V vaksini təşkil edir.
Xatırladaq ki, hazırda Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyada “Coronavac”, “Sputnik V” və “Pfizer” vaksinlərindən istifadə olunur.