Bu il 91 qanun qəbul edilib, 74 qanuna dəyişiklik olunub

Xəbər - Elçin Mehdiyev – Trend:

Milli Məclisin payız sessiyasının son plenar iclısı keçirilib.

AzerTimes-ın məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, sessiya ərzində 16 plenar iclas keçirilib, 91 qanun qəbul edilib, 74 qanuna isə dəyişiklik edilib. Ümumilikdə isə 2021-ci ildə 38 plenar iclas keçirilib.

Parlament sədri əlavə edib ki, Milli Məclis sessiya ərzində əməli fəaliyyət göstərib: “Milli Məclisin xətti ilə 14 xarici ölkədə şəhidlərin anım günü tədbirləri keçirilib”.

S.Qafarova vurğulayıb ki, payız sessiyası ərzində parlament tərəfindən bir çox vacib yeni qanunlar qəbul edilib, bir sıra qanunlara isə əlavə və dəyişikliklər edilib: “Milli Məclis qanunvericiliklə nəzərdə tutulan səlahiyyətlərini tam həcmdə yerinə yetirib”.

Teqlər: