Xəbər - Samir Əli – Trend:
Bakı metropoliteni tərəfindən bu il 8 qatar cari təmirə göndəriləcək.
Bunu AzerTimes-a açıqlamasında Bakı metropoliteninin Depolarla iş Departamentinin rəisi Faiq Əhmədov deyib.
O bildirib ki, qatarlardan 4-ü 3-cü dərəcəli cari təmirə göndəriləcək, həmin qatarlar 560 min kilometr yürüş edib. 240 kilometr hərəkət edən daha 4 qatar tərkibi isə ikinci dərəcəli təmirə cəlb ediləcək. Bu il qatarlardan əsaslı təmirə göndərilən olmayacaq.