Bu il 766 şəxs üçün kiçik bizneslər yaradılıb

Xəbər - Humay Ağacanova – Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramı
və proqramın genişlənməsinə dəstək olaraq Dünya Bankı ilə birgə
icra olunan “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə
aktivlərin paylanması işləri 2022-ci ildə də davam edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin işlər
çərçivəsində bu ilin əvvəlindən paytaxt və regionlarda 766 nəfər
işsiz və işaxtaran şəxsə mal və materiallar formasında aktivlər
təqdim edilib.

Həmin şəxslərin mühüm hissəsi şəhid ailələrinin üzvləri,
müharibə iştirakçılarıdır.

Verilmiş aktivlər hesabına onlar müxtəlif iqtisadi fəaliyyət
növləri üzrə kiçik bizneslərini yaradıblar.

Özünüməşğulluq proqramına və qeyd edilən layihəyə cəlb olunan
şəxslər ilk mərhələdə təlimlərdə iştirak edərək, kiçik biznesin
təşkili və idarə olunması üzrə bilik və bacarıqlar qazanır, daha
sonra biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.

Teqlər: