Bu il 7000-ə yaxın şəxsə əlillik təyin edilib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
tərəfindən bu ilin birinci rübü ərzində 6955 şəxsə əlillik təyin
edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən
Trend
-ə verilən məlumata görə, onlardan 3037-nə ilkin, 3918-nə
təkrar əlillik təyinatı aparılıb.

Qeyd edilən dövrdə əlillik təyin edilənlərin sayı ötən ilin
müvafiq dövrünə nisbətən 2,1 dəfə çoxdur.

Təyinatlar tibb müəssisələri tərəfindən “Əlillik” altsisteminə
daxil edilən göndərişlər əsasında, obyektiv və şəffaf şəkildə,
göndərişlərdəki diaqnozların əlillik dərəcəsi təyin edilməsinə əsas
yaratması nəzərə alınmaqla həyata keçirilib.

Əillik təyin edilmiş hər bir şəxsə əlilliyə görə sosial
ödənişlərin də e-sistem üzərindən proaktiv qaydada təyinatı
aparılıb.

Teqlər: