Bu il 68 mindən çox şəxs işlə təmin edilib

2021-cu ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 68,5 min işsiz və işaxtaran şəxs işlə təmin olunub.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, özünüməşğulluq proqramının bu il 16 min şəxsi əhatə etməsi nəzərdə tutulub ki, cari ilin 10 ayında onlardan artıq 12625-i proqrama cəlb edilib.

Digər məşğulluq xidmətlərində olduğu kimi, özünüməşğulluq proqramının icrasının da rəqəmsal platforması yaradılıb. Proqrama müraciət edənlərin elektron reyestri, qiymətləndirmə əsasında növbəlilik prinsipi tətbiq edilib. Həmçinin proqrama aid e-platforma yaradılaraq, aktiv alanların sənədləri və aktivlərin verilməsi prosesinə aid foto, video çəkilişlər ictimaiyyətə açıqlanır.

Teqlər: