Bu ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi
tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 18526 nəfər
istiqamətləndirilib.
Trend-in məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət
Komissiyasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-fevral-mart
aylarının yekununa dair məlumatında deyilir.
Həmin sürücülərdən narkotiklərdən istifadənin təyin edilməsi
məqsədilə tibbi müayinədən keçirilmiş 817 nəfərindən 612-si
istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri
tədbirlərin görülməsi təmin edilib.
Cari ilin yanvar- mart ayları ərzində “802” qaynar xətt telefon
zəng xidmətinə 498 vətəndaş müraciəti daxil olub ki, onların 59-u
narkotik vasitələrin qanunsuz dövriyyəsi, 190-nı narkotik
asılılıqdan müalicə, 249-ü isə digər məsələlərlə (təkrar müraciət,
qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair
prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq
tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 252 məktub
ünvanlanıb.