Bu il 6 tona yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Cari ilin 10 ayı ərzində Azərbaycanda 5 ton 880 kq 982 qr narkotik vasitələrin və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.

AzerTimes-ın məlumatına görə, onlardan 2 ton 606 kq 080 qr-nı heroin, 1 ton 153 kq 841 qr-nı marixuana, 1 ton 297 kq 331 qr-nı tiryək, 71 kq 954 qr-nı həşiş, 89,679 qr-nı kokain, 550 kq 974 qr-nı psixotrop maddələr, 200 kq 713 qr-nı isə digər narkotik vasitələr təşkil edib.

Həmçinin göstərilən dövr ərzində 10331 ədəd metadon və 46966 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.

2021-ci ilin yanvar-oktyabr ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 5 ton 880 kq-dan artıq narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 162 milyon AZN (95 milyon ABŞ dolları) kimi qiymətləndirilir.

Teqlər: