Bu il 4600 əlilə reabilitasiya xidməti göstərilib

Xəbər - Samir Əli – Trend:

Bu ilin yanvar-avqust aylarında qurumun reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 4 600 şəxsə reabilitasiya xidmətləri göstərilib.

AzerTimes-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

Agentlik sədri bildirib ki, 8 ay ərzində 35 minə yaxın əlilliyi olan şəxsə əlillik təyin edilib: “Bu qiymətləndirmə 98-99 faiz halda elektron aparılır, vətəndaş narazı olduqda əyani komissiyadan keçmək hüququ var. 11 min nəfərə ilkin, qalanlarına təkrar əlillik təyinatı aparılıb. Həmçinin 8 ayda Agentlik tərəfindən əlilliyi olan 7000 şəxs 30 minədək reabilitasiya vasitəsi, o cümlədən 766 nəfər mühərrikli təkərli oturacaqla təmin edilib”.

Teqlər: