Xəbər - Humay Ağacanova – Trend:
Bu il 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Nazirlər Kabinetinin aparat rəhbəri Rüfət Məmmədov deyib.
O qeyd edib ki, sahə düşərgəsinin yaradılmasının əsas məqsədi Ağdam rayonunda minatəmizləmə işlərinin sürətləndirilməsi və daha da genişləndirilməsi, bu işlərə cəlb olunan şəxsi heyətin sayının artırılması və şəxsi heyətin iş yerindən uzaq olmayan məsafədə fəaliyyət göstərməsi üçün müvafiq şəraitin yaradılmasından ibarətdir. Şəxsi heyət üçün düşərgədə bütün lazımı şərait yaradılıb.
“Keçən il ümumilikdə 95 layihə icra edilib Bu layihələrin əsas məqsədi ərazilərdə lazımi əsas infrastrukturun, xüsusilə nəqliyyat, energetika, su təsərrüfatı və digər infrastrukturun yaradılması ərazilərin, xüsusilə kənd təsərrüfatı ərazilərinin və sənayə parkları üçün nəzərdə tutlan ərazilərin iqtisadi dövriyyəyə buraxılmasıdır. Eyni zamanda artıq vətəndaşların bu ərazilərə qayıtması üçün yaşayış məntəqlərinin bərpası və yenidən qurulması işlərinin aparılması üçün müvafiq əlverişli şəraitin yaradılmasında ibarət layihələr olub. Bu il 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur”, – deyə o əlavə edib.