Bu il 4 mindən çox işsiz və işaxtaran şəxs peşə kurslarına cəlb ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyi tərəfindən 2022-ci ilin planı üzrə 4
mindən çox işsiz və işaxtaran şəxsin peşə kurslarına cəlb edilməsi
nəzərdə tutulur.

Bu işlər çərçivəsində Agentlik beynəlxalq sertifikatlara uyğun
mütəxəssis hazırlığına da başlayacaq.

Hazırda qurum tərəfindən 127 prioritet istiqamət üzrə peşə
hazırlığı həyata keçirilir. Peşə hazırlığına həm işsiz və
işaxtaranlarınn, həm də peşə təlim mərkəzlərinin onlayn müraciət
imkanı yaradılıb. https://dma.gov.az/vetendaslar-ucun-muraciet-formasi
doldurmaqla kurslarda iştirak üçün qeydiyyatdan keçmək
mümkündür.


Dövlət Məşğulluq Agentliyinin Bakı, Gəncə şəhərlərində və Göyçay
rayonunda müasir tələblərə uyğun peşə hazırlığı mərkəzləri
fəaliyyət göstərir.

Ötən il Agentliyin Bakıdakı Peşə Hazırlığı Mərkəzinə beynəlxalq
ISO sertifikatları təqdim edilib. Ölkəmizdə ilk ISO sertifikatlı
peşə hazırlığı müəssisəsi olan Mərkəz fəaliyyətində ISO 9001
(Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (ətraf mühitin idarə
olunması və qorunması sistemi), ISO 45001 (əməyin təhlükəsizliyi
sistemi) standartlarının tələblərini də təmin edəcək.

Teqlər: