Bu il 4 milyard manata yaxın pensiya və müavinət ödənilib

Xəbər - Samir Əli – Trend:

Bu ilin 8 ayında pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə 4 mlrd. manata yaxın vəsait ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a bildirilib ki, pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edir:

“2021-ci ilin yanvar-avqust aylarında da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən qeyd olunan istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 4,1% və ya 158 mln. manat çox olmaqla 3 983 mln. manat ödənilib”.


Qeyd edilib ki, 2,4 milyon nəfərədək şəxs bu sosial ödənişlərlə əhatə olunub.

Teqlər: