Bu il 340 şəxsin ölkəyə readmissiyası həyata keçirilib – Miqrasiya Xidməti

Xəbər - Çingiz Səfərli – Trend:

2021-ci il ərzində (17 noyabradək) 653 nəfər (övladları ilə birlikdə 678 nəfər) Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı müraciət edib.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bütün müraciətlərə qanunvericiliyə uyğun olaraq baxılır.


Həmçinin, qeyd olunub ki, Azərbaycan Respublikası tərəfindən imzalanmış readmissiya sazişləri çərçivəsində 2021-ci ilin 10 ayı ərzində 340 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.

Teqlər: