Bu il 30 minə yaxın vətəndaşa dövlət hesabına hüquqi yardım göstərilib

Xəbər - Samir Əli – Trend:

Bu il 30 minə yaxın Azərbaycan vətəndaşına dövlət hesabına hüquqi yardım göstərilib.

AzerTimes-ın məlumatına görə, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.


“Bu, cinayət prosesini həyata keçirən orqanların, mülki işlər üzrə məhkəmələrin qərarlarıdır. 30 min Azərbaycan vətəndaşına dövlət hesabına hüquqi yardım gösətən vəkillər üzərlərinə düşən hüquq və vəzifələri şərəflə, layiqincə yetirməyə çalışırlar,” – deyə kollegiya sədri bildirib.

Teqlər: