Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-aprel
aylarında 24 674 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə
olunub.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, onlardan 13 736 nəfəri münasib işlərlə təmin edilib,
4325 nəfər kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq
proqramına cəlb edilib.
Həmçinin, Agentlik tərəfindən 1023 işsiz şəxs peşə hazırlığına
cəlb edilib. Həmin şəxslərə işəgötürənlərlə əməkdaşlıq çərçivəsində
müxtəlif sahələr üzrə hazırlıq kursları təşkil edilib və
məşğulluqlarının təmini üçün işlərə başlanılıb.
Yanvar-aprel aylarında 5590 şəxs isə peşəyönümü məsləhət
tədbirlərinə cəlb edilib.