2022-ci ildə Rusiyaya təxminən 200 min azərbaycanlı səfər edib.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin turizm sənayesi ilə iş üzrə müşaviri Rüfət Hacıyev deyib.
Onun sözlərinə görə, ilin sonunadək bu göstərici 300 minə çata bilər.
“2017-ci ildən pandemiya başlayanadək Rusiyaya hər il 900-920 min nəfər gedirdi. Pandemiya dövründə bu göstərici kəskin azaldı. 2021-ci ildə bu rəqəm 200 min nəfərə bərabər olub”, – R.Hacıyev deyib.