Bu il 20 min şəhid ailəsinə ödəniş təyin edilib

Xəbər - Samir Əli – Trend:

Bu il ərzində 20 min şəhid ailəsinə ödəniş təyin edilib.

AzerTimes-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Yaşat” Fondunun bir illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 2600-dək mənzil verilib.

“Bu proqram sosial cəhətdən həssas olan əlil və digər şəxsləri də əhatə edir. İl ərzində sosial psixoloji dəstək proqramları ilə 10 min nəfəri əhatə etdik. 1082 müharibə iştirakçısına müxtəlif reabilitasiya proqramı təyin edilib. Müxtəlif əzalarını itirən qazilərimiz elektron protezlərlə təmin edilib. Növbəti 15 gün ərzində müharibədə əzalarını itirən qazilərimizin protezlə təmin olunması yekunlaşacaq”, – deyə S.Babayev bildirib.

Teqlər: