Bu il 18 nəfər minaya düşüb, 2 nəfər həlak olub

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi
Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi
sursatlardan zərər çəkən şəxslərin vahid Məlumat Bazasının
yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin
həll olunması sahəsində mütəmadi fəaliyyətni davam etdirir.

Rəsmi strukturlardan, regional koordinatorlardan və digər
mənbələrdən alınmış məlumatlar nəticəsində 2022-ci ilin aprel
ayında 9 hadisə nəticəsində 10 nəfərin minalardan və partlamamış
hərbi sursatlardan zərər çəkdiyi qeydə alınmışdır. Nəticədə bir
mülki şəxs piyadalar əleyhinə minanın partlamasından həlak
olmuşdur. İkisi uşaq olmaqla altı mülki şəxs və üç hərbçi isə
piyadalar əleyhinə mina və partlamamış hərbi sursatların
partlamasından yaralanmışdır.

2022-ci ilin aprel ayında minalar və partlamamış hərbi
sursatlarla bağlı hadisələr Tət-tər, Zəngilan, Ağdam, Qubadlı,
Kəlbəcər, Qazax, Laçın rayonlarının və Gəncə şəhərinin ərazisində
baş vermişdir.

Ümumilikdə 2022-ci ilin ilk dörd ayında 18 nəfərin minalardan və
partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınmışdır ki,
bunlardan da 2 nəfəri həlak olmuşdur.

Bütün rəsmi strukturların və vətandaş cəmiyyəti təsisatlarının
mütamadi çağırışlarına baxmayaraq hələ də işğaldan azad olunmuş
ərazilərə qanunsuz səfər edənlər var və bununla da öz həyatlarını
riskə atırlar. Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai
birliyi növbəti dəfə mülki əhaliyə müraciət edərək xahiş edir ki,
işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər və partlamamış
hərbi sursatlara toxunmasınlar.

Teqlər: