Bu il 17,6 min pensiya, müavinət və təqaüd təyinatı elektron qaydada aparılıb

Ölkəmizdə qurulan elektron təyinat sistemləri vasitəsilə 2021-ci ilin ilk rübündə e-qaydada 17,6 min pensiya, müavinət, təqaüd təyinatı aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, onlardan 7,7 mini pensiya, 9,9 mini müavinət və təqaüd təyinatları olub.

Sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv şəkildə pensiya, müavinət və təqaüd təyin edilib.

E-təyinat sistemləri xüsusilə postmüharibə dövründə şəhid ailələrinə sosial ödənişlərin operativ təyinatına imkan verib.

Teqlər: