Bu il 156 adda silah və texnika istehsal edilib

Xəbər - Çingiz Səfərli – Trend:

Bu il 156 adda silah və hərbi texnikaların yaradılması həyata keçirilib.

AzerTimes xəbər verir ki, bunu bunu Müdafiə Sənayesi Nazirinin müavini Mehman Baxışov deyib.

Onu sözlərinə görə, 1000-dən yuxarı adda müdafiə təyinatlı məmulatlar isə mənimsənilərək müvafiq qaydada istehsal edilib və Silahlı Qüvvələrin anbarlarına təhvil verilib.


“İkinci Qarabağ müharibəsi vaxtı bizim müəssisələrimiz daimi iş rejimində fəaliyyət göstərib. Həm ötən illərdə istehsal olunan avadanlıqlar yoxlanılıb, həm də cəbhə bölgəsində zədələnmiş texnikalar dərhal bərpa edilərək geri göndərilib. Onu da qeyd edim ki, Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində istehsal olunan silah və hərbi texnikalara Silahlı Qüvvələr tərəfindən heç bir irad bildirilməyib” – nazir müavini əlavə edib.

Teqlər: