Bu il 15 minə yaxın abonent təbii qazla təmin olunub

Bu ilin yanvar-mart ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi
14 min 738 yeni abonenti təbii qazla təmin edib.

AzerTimes-ın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin
Bşa direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, onlardan 14 min 2-si əhali, 736-sı isə
qeyri-əhali abonentidir: “Təkcə mart ayında isə 3 646 yeni abonent
qeydə alınıb ki, onlardan 3488-i əhali, 158-i isə qeyri-əhali
qrupuna aiddir”, – R.Əliyev deyib.

Teqlər: