Cari ilin 5 ayında 11 005 ailə mübahisələrlə bağlı mediasiyaya
müraciət edib
AzerTimes-ın məlumatına görə, bunu Mediasiya Şurası İdarə Heyətinin
sədri Nadir Adilov “Azərbaycan ailə modelinin inkişaf strategiyası”
adlı konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu müraciətin 395-i barışıq sazişi ilə
nəticələnib.
“Mediasiya Şurasında qeydiyyatda olan 286 medaitordan 60-ı
qadındır. Qadınlardan daha uğurlu medatorlar alınır. Ümumilikdə, 59
mediatora yol verdiyi nöqsanlara görə xəbərdarlıq edilib. 7
mediatorun fəaliyyəti isə 6 aylıq dayandırılıb”, – deyə o əlavə
edib.