Bu il 1 641 həkim sertifikasiya imtahanına cəlb olunub

Xəbər - Ceyhun Ələkbərov – Trend:

2021-ci ildə 1 641 həkim sertifikasiya imtahanına cəlb olunub.

AzerTimes-ın məlumatına görə, bu barədə “Həkimlərin sertifikasiyası” mövzusunda canlı yayımda Səhiyyə Nazirliyi Sertifikasiya Mərkəzinin rəhbəri Murad Mirzəzadə deyib.

O bildirib ki, həmin şəxslərdən 32-si uğursuz nəticə göstərib.

M.Mirzəzadə əlavə edib ki, 2020-ci ildə imtahanda iştirak edən 90-92 faiz həkim uğurlu nəticə əldə edib. Həmin həkimlərdən 1 458 nəfəri 1-ci cəhddə imtahandan uğurla keçib.

Teqlər: