Bu iki ölkənin gəmilərinə toxunmayacağıq – Husilər

Bu iki ölkənin gəmilərinə toxunmayacağıq – Husilər

Qırmızı dənizdə Rusiya və Çin gəmiləri üçün heç bir təhlükə yoxdur.

AzerTimes xəbər verir ki, bunu Husi qruplaşmasının siyasi bürosunun üzvü Məhəmməd əl-Baxiti deyib.

“Biz onların gəmilərinin Qırmızı dənizdən keçidinin təhlükəsizliyini təmin etməyə hazırıq, çünki azad gəmiçilik ölkəmiz üçün mühüm rol oynayır”, – Baxiti bildirib.

Onun sözlərinə görə, husilərin məqsədi Qırmızı dənizdə hansısa gəmini ələ keçirmək və ya batırmaq deyil, əsas tapşırıq Qəzzadakı qətliama son verməsi üçün İsrailin iqtisadi xərclərini artırmaqdır.

Teqlər: