İranda Məhsa Əmini adlı gənc qızın ölümü ilə bağlı baş verən iğtişaşlar və etiraz aksiyaları tamamilə ABŞ, İngiltərə, İsrail və Səudiyyə Ərəbistanının kəşfiyyat xidmətləri tərəfindən planlaşdırılıb və həyata keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi və SEPAH-ın birgə bəyanatında deyilir.
“Mövcud məlumatlara görə, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bu iğtişaşlarda böyük rol oynayıb, Britaniya, İsrail, Səudiyyə Ərəbistanının kəşfiyyat xidmətləri, eləcə də xarici dövlətlərlə sıx əməkdaşlıq edib”, – bəyanatda deyilir.