Qızlar arasında həndbol üzrə 2023-cü il Avropa çempionatı Bakıda keçiriləcək.
AzerTimes xəbər verir ki, bununla bağlı qərar Lüksemburqda Avropa Həndbol Federasiyasının (EHF) İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Qitə çempionatı 2005-ci il təvəllüdlü qızlar arasında təşkil ediləcək.
Lükksemburqda həmçinin EHF-in XVI Konfransı və XV Konqresi keçirilir. Tədbirlərdə ölkəni Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov təmsil edir.
Üç gün davam edəcək tədbirlərdə Avropa qadın həndbolunun hazırkı durumu, iştirakçı federasiyaların sayının artırılması, çimərlik həndbolunun inkişaf perspektivləri və digər məsələlər müzakirə olunur.