Bu idarədə sürücü işləyən şəxs damarlarını kəsdi

Bu idarədə sürücü işləyən şəxs damarlarını kəsdi

Gəncə şəhər Kommunal Təsərrüfat İstehsalat Birliyinin Təmizlik İdarəsində sürücü kimi işləyən Röya Hüseynov qolunun damarlarını kəsib.

AzerTimes xəbər verir ki, adıçəkilən şəxs bu addımı atmasına səbəb kimi onunla təhqir tonunda danışılmasını göstərib.

“Mənim ərazim oldu-olmadı, hara gəldi, aparıb işlədirlər. Şikayətimi bildirmək üçün Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Nurəhməd Əhmədovun qəbuluna getdim. Özü olmadığına görə məni müavini Naqif İbişov qəbul etdi. O da səs-küy saldı, çığırmağa başladı. Mən oradan çıxıb qarajın müdiri Bağır Əliyevin yanına getdim. Bağır Əliyev də məni söyməyə başladı. Mən də onlara cavab qaytara bilmədiyimə görə, özümə xəsarət yetirdim. Qolumu tikiblər. Hazırda səhhətim normaldır. İndi də məni işdən çıxarmaqla hədələyirlər”, – deyə R.Hüseynov bildirib.

Teqlər: