Böyük Britaniya uzun illər ərzində enerji sahəsində Azərbaycanın əsas tərəfdaşlarından biridir.
AzerTimes xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Tvitter hesabında yazıb.
O qeyd edib ki, Rusiyanın Ukraynaya hücumundan sonra Avropanın enerji ilə təmin edilməsində Azərbaycanın və Cənub Qaz Dəhlizin rolu xüsusilə böyükdür.