Məscidə edilən hücum tolerantlığa vurulan zərbədir.
AzerTimes “TurkicWorld”-a istinadən xəbər verir ki, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Yunan Kiprində məscidə edilən hücumu pisləyib.
“Hücum dünya üzrə 2 milyarddan çox insanın inanclarına və müqəddəs dəyərlərinə qarşı yönləndirilib. Bunu demokratiya və fikir azadlığı ilə izah etmək mümkün deyil. Hücumu təşkil edənlər cəzalandırılmalıdır”, – deyə Tatar qeyd edib.
Xatırladaq ki, bu gün yunan Kiprində yerləşən məscidə molotov kokteyli ilə hücum edilib.
Polis hücumla bağlı araşdırma apardığını bildirib.