ABŞ Prezidenti Co Bayden ilk dəfə Ukraynanın Rusiyanın Kursk bölgəsinə hücumuna münasibət bildirib.
AzerTimes xəbər verir ki, məlumatı “Röyters”agentliyi yayıb.
Baydenin sözlərinə görə, bu hücum Rusiya Prezidenti Vladimir Putini əsl dilemma qarşısında qoyub:
“Bu, Putin üçün əsl dilemma yaradır və biz ukraynalılarla birbaşa və daimi təmasdayıq. Hücum davam edərkən bu qədərini deyə bilərəm”.