Ukraynanın Kursk bölgəsinə hücumu müharibənin gedişatını dəyişməyə kömək edəcək.
AzerTimes xəbər verir ki, bunu Norveçin Ukraynadakı keçmiş hərbi attaşesi Hans Petterin “Teleqraf” nəşri üçün yazdığı məqalədə bildirilib.
Müəllif qeyd edib ki, Ukraynanın üstünlüyü xüsusən də onun müdafiə sənayesini və Qərbin müdafiə hasilatını artırmasıdır.
O qeyd edib ki, Rusiyanın müdafiə sənayesi istehsalını artırmaq qabiliyyəti artıq pik həddə çatıb və maksimum gücdədir. Buna görə işçi çatışmazlığı yaranıb. Yeniyetmələr, yaşlılar və hətta məhbuslar Rusiyanın işçi qüvvəsində boşluqları doldururlar.