Bu həyasız şantajçıları deyirəm… – Putin

Bu həyasız şantajçıları deyirəm… – Putin

Rusiya enerji resurslarını ölkələrə onların müəyyən etdiyi qiymətlərlə tədarük etməyəcək.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Rusiya sağlam düşüncəyə zidd hərəkət etməyəcək, başqasının rifahını öz hesabına ödəməyəcək. İşgüzar ortaqlıqlar və bazar mexanizmləri əvəzinə fırıldaqçılara, həyasız şantajlara üstünlük verənlərə, onilliklərdir siyasi müstəvidə belə bir paradiqmada yaşayanlara demək istəyirəm ki, öz ziyanımıza hərəkət etməyəcəyik. Yadınızda saxlayın! Rusiya qazının hasilatına gəlincə, biz mütləq öz mallarımızı dünya bazarlarına çıxaracağıq, “Sibirin Gücü”, “Türk axını” kimi layihələr onların effektivliyini təsdiqləyir. Türkiyəyə təsirimiz var, Türkiyə daxili bazarı üçün isə “Mavi axın” amili var”, – o bildirib.

O aydınlaşdırıb ki, hazırda “Türk axını” ilə Avropaya 14 milyard kubmetr qaz verilir:

“O qədər də böyük həcm deyil, amma layiqlidir”.

Teqlər: