Bu hərbçilərə kirayə haqqının verilməsi təklif edilir

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda evi olan həbçilərə müəyyən hallarda kirayə haqqının
verilməsi təklif edilir.

AzerTimes-ın
məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə
məruzəsində əksini tapıb.

Belə ki, məruzədə qeyd edilir ki, ipoteka qaydasında mənzil əldə
edən və ya dövlət tərəfindən mənzillə təmin olunan hərbi
qulluqçular xidmət yerini dəyişdikdə onlara müvəqqəti mənzil
kirayəsi üçün kirayə haqqının verilməsi təklif edilir.


Qeyd edək ki, məruzə Milli Məclisin martın 4-də keçiriləcək
iclasının gündəliyinə daxil edilib.

Teqlər: